Fevralın 6-da Türkiyə Kubokunda 1/8 final mərhələsinin matçlarına start verilib.
Publika.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
“Qalatasaray" doğma meydanda "Bandırmaspor"la üz-üzə gəlib. Gərgin və maraqlı alınan görüş İstanbul nəhənginin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 26-cı dəqiqədə Davinson Sançes açıb. 10 dəqiqə sonra Halil Dərvişoğlu ikinci topu rəqibin qapısından keçirib. Tete 40-cı dəqiqədə penaltidən komandasının üçüncü qoluna imza atıb. Qonaqların heyətində 45+3-cü dəqiqədə Sergen Pisinsiol "cim-bom"u cəzalandırıb. 77-ci dəqiqədə Remi Mulumba fərqi minimuma endirsə də, 90+5-cı dəqiqədə Karlos Vinisius oyunun yekun nəticəsini müəyyənləşdirib.
Günün digər oyunlarında "Fatih Karagümrük" "Samsunspor"a 2:1, "Ankaragücü" isə "Ərzincanspor"a 5:1 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıblar.