ABŞ-ın İsrailə dəstək məqsədilə göndərdiyi “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisini yaxın günlərdə geri çəkəcəyi iddia edilib.
Publika.az xəbər verir ki, iki ABŞ rəsmisi oktyabrın ortalarından etibarən bölgədə fəaliyyət göstərən təyyarədaşıyan gəminin geri qayıdacağını bildirib.
Sözügedən rəsmilər qeyd ediblər ki, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi və onu müşayiət edən kreyserlər və hücum gəmiləri Şərqi Aralıq dənizini “yaxın günlərdə” tərk edərək, Virciniyadakı Norfolk limanına qayıdacaq.
Hələlik Pentaqondan məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Həmas hücumlarından dərhal sonra ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailə dəstək üçün təyyarədaşıyan donanmanın Şərqi Aralıq dənizinə göndərilməsi barədə göstəriş verib.
Roza