28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Küçədə anasını söyən şəxs həbs edildi

24 fev 2024 12:00
HADİSƏ
ads

Cəlilabad rayonunda ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 20-da rayonun S.Axundov küçəsində baş verib.

1981-ci il təvəllüdlü Zabil Əzizov küçədə dayanaraq uca səslə qışqırmağa və anası S.Əzizovanın ünvanına ağır təhqiramiz ifadələrlə söyməyə başlayıb. Ərazidəki şəxslərin müraciətindən sonra əraziyə polis əməkdaşları gəlib və sərxoş halda olan Zabil saxlanılıb.

İctimai asayişi pozan şəxs barəsində Cəlilabad rayon Polis Şöbəsində inzibati protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib.

Məhkəmədə Zabil üzr istəyib və anasını söyərkən içkili olmasını əsas kimi göstərib. Məhkəmənin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası təyin edilib.

Turqut Seyidov


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur