Məşhur müğənni Madonnanın oğlu Devid Banda 18 yaşına çatdıqdan sonra müstəqil yaşamaq qərarına gəlib.
Publika.az xəbər verir ki, pop kraliçasının 18 yaşlı oğlu həyatının yeni mərhələsinə başlamaq üçün anasının evini tərk edib.
Belə ki, o Nyu Yorkun Bronks məhəlləsindəki mənzilə köçüb. Gənc kifayət qədər pulu olmadığı üçün dərslər verir.
Musiqiçi Banda İngiltərənin "The Sun" qəzetinə yaşadığı çətinliklərə bağlı açıqlama verib.
O tək olmadığını bildirib: “Tək deyiləm, sevgilim var. Yemək almağa pulum olmadığını anlayanda gecələr ac qaldım. Zibillikdə çörək axtarmaq mənə xoşdur. Gənc olmaq əyləncəlidir”.
Xatırladaq ki, Madonna Devid Bandanı 2006-cı Malavidəki uşaq evindən övladlığa götürüb. Doğuşdan az sonra anasını itirən Devid malyariya və pnevmoniyadan əziyyət çəkirdi.
Aysel Şahmar