Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Dədə Dorqud küçəsində yerləşən kafelərin birində qeydə alınıb.1980-ci il təvəllüdlü İ.Mirzəyev bud nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə İ.Mirzəyev tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Onun Vətən müharibəsinin qazisi olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Unikal.org