31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

XİN rəhbəri: Ağalı kəndinə qayıdış ölkəmiz üçün böyük qürur mənbəyidir

19 iyl 2022 15:25
GÜNDƏM
ads

Qarşıdakı illərdə keçmiş məcburi köçkünlər azad edilmiş ərazilərə qayıdacaq.

Qutb.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə birgə mətbuata açıqlamasında bildirib.

“Bu gün biz çox tarixi bir gündə görüşürük, çünki iyulun 19-da keçmiş məcburi köçkün ailələrin bir qrupu azad edilmiş ərazilərə geri qayıdır. İlk mərhələdə 41 ailə Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə qayıdır və bu, bizim ölkəmiz, bu insanlar üçün böyük qürur mənbəyidir. Əlbəttə ki, biz qarşıdakı illərdə yüz minlərlə həmvətənimizin, keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışına şahid olacağıq”, - XİN rəhbəri vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur