İspaniyanın qadınlardan ibartə milli komandasının futbolçusu Cennifer Hermoso sükutu pozub.
Publika.az xəbər verir ki, o, İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubialeslə qalmaqalın ona necə təsir etməsindən danışıb.
“Mən öz fikrimi bildirdim. Bunu heç vaxt başa düşə bilməyəcəyəm. Həmin hadisə məni çox incitdi və hələ də incidir. Bu vəziyyət məni çox dəyişdi, məni daha güclü qız etdi. Çox şey öyrəndim”. - deyə Hermoso AS nəşrinə açıqlama verib.
Qeyd edək ki, Rubiales RFEF prezidenti vəzifəsindən istefa vermək məcburiyyətində qalıb. FİFA isə onun 3 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılmasına qərar verib.
Heybət