ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ – ingiliscə CİA) keçmiş analitiki Larri Conson "Judging Freedom" "YouTube" kanalına müsahibəsində Şimali Koreya qoşunlarının Rusiyada olması ilə bağlı açıqlamasına görə Pentaqon rəhbəri Lloyd Ostini kəskin tənqid edib.
QÜTB.AZ xəbər verir ki, Conson Qərb ölkələrinin təşvişə düşdüyünü və Ukraynanın itkiləri ilə nə edəcəyini bilmədiklərini qeyd edib.
O hesab edir ki, Pentaqon rəhbəri Conson ya yalan danışır, ya da cahildir:
"Ostinin problemi ya yalan danışmasında, ya da dünyanın ən cahil və düzgün məntiq yürüdən bilməyən insanı olmasındadır".
Conson təklif edib ki, Ostinin tənqidi təfəkkürünün və məntiqinin olmaması Qərb ölkələrinin Ukraynadakı vəziyyətdən təşvişə düşməsi ilə izah oluna bilər.
Qeyd edək ki, Pentaqon rəhbəri Ukrayna münaqişəsinə qoşulan Şimali Koreya ordusuna qarşı ABŞ silahlarından istifadə edilə biləcəyini bəyan edib.
Vazeh BƏHRAMOĞLU