AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Publika.az xəbər verir ki, bu barədə milli assosiasiya məlumat yayıb.
Bildirilib ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda A liqasının 1-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, bu qrupda Fransa, Almaniya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar. Matçlar martın 18-dən 24-dək Almaniyada təşkil olunacaq.