29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycanda qadından inanılmaz hərəkət: Sevgi münasibətində olduğu kişini...

17 iyl 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Salyan rayon sakini Elvin Həşimov (soyad şərtidir) polisə müraciət edərək tanış olduğu qadın tərəfindən şantaj edildiyini bildirib.

Publika.az-ın əldə etdiyi məlumata görə, şikayətçi qeyd edib ki, sevgi münasibətində olduğu Elvira adlı qadın onu çılpaq görüntülərini yaymaqla hədələyib və 350 manat alıb. Hədələrin davam etməsindən ehtiyat edən şəxs polisdən həmin qadının məsuliyyətə cəlb edilməsini xahiş edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar zamanı məlum olub ki, kişini şantaj edən qadın paytaxtdakı məşhur brend mağazalarından birində çalışır. O, Elvinin rayonda tanınmış və nüfuzlu şəxs olmasından istifadə edərək qarşı tərəfən pul almaq qərarına gəlib. Həmçinin Elviranın boşandığı və iki oğlu ilə birgə yaşadığı bildirilib.

Toplanmış materiallar Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin ötən həftə çıxardığı hökmlə Elvira Həmzəyevaya 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Turqut Seyidov


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur