Rusiya Qılıncoynatma Federasiyasının (RFF) prezidenti İlqar Məmmədov Rusiya idmançılarının Paris Olimpiadasında çıxışını qiymətləndirib.
QÜTB.AZ xəbər verir ki, 15 rusiyalı 2024-cü il Oyunlarına neytral statusda buraxılıb: yeddi tennisçi, üç kayak və kanoe idmanının nümayəndəsi, üç velosipedçi, bir batutçu və bir üzgüçü. Ümumilikdə, onlar yalnız bir medal qazandılar – Mirra Andreeva və Diana Şnayder cütlüklərdə tennis turnirinin gümüş medalçısı oldular.
“Dəfələrlə dedim ki, getməyə dəyməz. Tennisdə cəmi bir medal var, qalanları nəyə getmişdi? Paris ətrafında gəzməyə? Mən bunda heç bir məna görmədim və görmürəm”, – RİA Novosti Məmmədovun sözlərindən sitat gətirir.