PSJ klubun 101 yaşlı azarkeşini təbrik edib.
Publika.az xəbər verir ki, 1923-cü il təvəllüdlü Moris Ejne paytaxt təmsilçisinin Liqa 1-in 25-ci turu çərçivəsində "Reyms"lə oyununda (2:2) iştirak edib. O, oğlu və nəvəsi ilə birlikdə stadiona gəlib. PSJ ona arxa tərəfində nömrə əvəzinə doğum ili əks olunan forma hədiyyə edib.
Maraqlıdır ki, 101 yaşlı futbolsevər Fransada keçirilən 1938-ci il dünya çempionatında təşkilatçı ölkənin millisinin heyətində futbolçu kimi çıxış edib.
O, futbolçu kimi "Reyms"də oynasa da, yarandığı 1970-ci ildən bəri PSJ-nin fanatıdır.
Heybət