17.03.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

"Subaylıq haqqında arayış"ın "mygov" üzərindən verilməsinə başlanıldı

10 mar 2025 16:00
GÜNDƏM
ads
Advertisement

"Ailə vəziyyəti haqqında arayış"ın ("Subaylıq haqqında arayış") alınması “mygov” platformasına inteqrasiya edilib.

Bu barədə Qutb.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Bu yenilik sayəsində vətəndaşlar rəsmi olaraq ailə vəziyyətinin subay olduğunu təsdiq edən sənədi tam rəqəmsal formada əldə edə biləcəklər. “Ailə vəziyyəti haqqında arayış” (Subaylıq haqqında arayış) yeni nikaha daxil olarkən, xaricdə nikah bağlayarkən, mülki-hüquqi məsələlərdə (məsələn, vərəsəlik və ya immiqrasiya prosedurlarında), xarici ölkələrdə vətəndaşlıq və ya daimi yaşayış icazəsi üçün müraciət edərkən tələb oluna bilər.

 

Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:

 

  • Vətəndaş “mygov” platformasına giriş edərək “Xidmətlər” bölməsindən "Subaylıq haqqında arayış" xidmətinə daxil olur
  • "Yeni müraciət" düyməsinə klik edir
  • Arayışın təqdim olunacağı yeri seçir: ölkə və ya səfirlik
  • Siyahıdan uyğun ölkəni və ya səfirliyi seçir
  • Əlaqə nömrəsini və elektron poçt ünvanını daxil edir
  • Qeyd bölməsinə əlavə məlumat yazır (İstəyə bağlı olaraq)
  • Daxil edilmiş məlumatları təsdiqləyir
  • Yekunda sorğu Ədliyyə Nazirliyinə yönləndirilir

Sənəd hazır olduqdan sonra istifadəçi “mygov” platformasının “Tarixçə” bölməsindən "Sənədə bax" düyməsinə klik edərək arayışı əldə edə bilər. Ailə vəziyyəti haqqında arayış”ın (Subaylıq haqqında arayış) alınması üçün dövlət rüsumu tələb olunmur.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 17.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:19
05:17
Sübh
05:29
05:27
Gün çıxır
06:49
06:47
Zöhr
12:49
12:49
Əsr
16:11
16:11
Gün batır
18:49
18:50
Məğrib
19:06
19:07
İşa
19:59
20:00
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur