Dünya şöhrətli aktyor Riçard Gir 5 ildən sonra yeni obrazla ekranlara qayıdır.
Publika.az xəbər verir ki, prodüserlərindən biri Corc Kluni olan “Agentlik” adlı triller janrında olan ekran işinin çəkilişləri artıq başlayıb.
Daha çox “Gözəl qadın” filmi ilə yadda qalan məşhur aktyor bir çox filmlərdə, o cümlədən “And The Band Played On” və ona Emmy nominasiyası qazandıran “Mother Father Son” ekran işində maraqlı obrazlar təqdim edib.
Siyasi triller janrında olan yeni serial agent Marsianın gizli həyatını tərk edərək London stansiyasına qayıtmasından bəhs edir. Karyera, şəxsiyyət və sevgi üz-üzə gələndə ölümcül intriqa və casusluq oyunu başlayır.
Ekran işində Riçard Gir 8 il məxfi agent kimi çalışdıqdan sonra London stansiyasının rəisi olmuş "Bosko" obrazını canlandıracaq.
Hazırda Londonda Fransanın “Le Büro” dramının yeni adaptasiyası olan “Agentlik” filminin çəkilişləri davam edir.
Cəmilə