Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Publika.az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib. Vəlizadə 1-ci qrupda dörd iştirakçı arasında ikinci olub. Üzgüçü məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib.
Bu göstərici ilə ümumi sıralamada 25-ci olan idmançımız ilk "16-lığ"a düşə bilmədiyi üçün mübarizəni dayandırıb.
Heybət