Türkiyədə öldürülən 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir.
QÜTB.AZ Milli.Az-a istinadən xəbər verir ki, Narinin qətli ilə bağlı istintaq davam edərkən, qardaşı Baran Güranın qısa müddətdə sosial şəbəkədə ardıcıl 3 paylaşım edib yenidən silməsi diqqətdən yayınmayıb.
Güran ilk paylaşımında anası üçün darıxdığını bildirərək, "Nə desələr desinlər canım anam sənin övladını heç kim məhv edə bilməz, sənin üçün çox darıxıram. Yenidən dünyaya gəlsəydim, istərdim ki, yenə sənin övladın olum, əziz anam" sözlərini deyib.
Baran Güran ikinci paylaşımında bu dəfə ömürlük həbsi istənən 15 yaşlı qardaşı Enes Güranın fotosunu paylaşıb. Baran Güran paylaşımında "Sənə böhtan atanlara ar olsun aslanım. Başın həmişə belə uca olacaq" yazıb.
Baran Güran üçüncü paylaşımında isə kiçik qardaşı və Narinin fotosunu paylaşıb.
Xatırladaq ki,sentyabrın 8-də dərə yatağında cansız cəsədi tapılan Narin Güranın qətli ilə bağlı əmisi Səlim Güran, anası Yüksel Güran, qardaşı Enes Güran və qonşusu Nevzat Bəxtiyara qarşı hazırlanan iddianamədə ağırlaşdırılmış ömürlük həbs istənilib.