11.03.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Təxribat törədilən Zəngilanda vəziyyət necədir?

14 fev 2024 03:00
GÜNDƏM
ads
Advertisement

Xəbər verdiyimiz kimi, fevralın 12-də Ermənistan tərəfi növbəti dəfə təxribata əl atıb.

Publika.az xəbər verir ki, Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, İctimai Televiziya Zəngilan rayonunda təxribatın törədildiyi əraziyə yaxın yerdən süjet yayımlayıb.

Videodan da göründüyü kimi, hazırda əməliyyat şəraiti sabit və bölmələrimizin nəzarəti altındadır.

Həmin görüntüləri təqdim edirik:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur