Məşhur aparıcı və aktyor İlkin Həsəni dünən Nizami Kino Mərkəzində keçirilən "Səma ilə görüş" filminin qala gecəsinə qızı Alisa ilə birlikdə gəlib.
Publika.az xəbər verir ki, aktyor filmdə əsas rollardan birini canlandırıb. Ekran işində aktyorun döyülmə səhnələri qızına pis təsir edib və o, ağlamağa başlayıb. Bu barədə İlkin Həsəni özü sosial mediada yazıb.
"Qala gecəmizdə hər kəs zalda filmi izləyir, mən isə foyedə, filmdə atasının döyülmə səhnəsini görən Alisa xanımı sakitləşdirirəm", - İlkin qeyd edib.