Ötən gün Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi olub.
Publika.az xəbər verir ki, tədbirdə bir sıra qalmallı hadisələr baş verib. Onlardan biri də Olimpiya bayrağı ilə bağlı olub.
Ənənəyə uyğun olaraq açılış mərasiminin sonunda oyunların əsas rəmzi hesab edilən Olimpiya bayrağı təntənəli şəkildə qaldırılıb. Bu zaman təşkilatçılar kobud səhvə yol veriblər. Bayraq başıaşağı formada qaldırılıb. Bu zaman heç bir düzəliş edilməyib.
Təşkilatçıların bu səhvi sosial şəbəkələrdə böyük etirazla qarşılanıb. Bu hərəkət böyük ənənələri olan və idmanın əsas rəmzlərindən biri olan Olimpiya bayrağına hörmətsizlik hesab edilib.
Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Azərbaycan yarışlarda 48 idmançı ilə mübarizə aparacaq. Təmsilçilərimiz 15 idman növü üzrə 17 proqramda çıxış edəcəklər.
Heybət