Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfiri dəyişdirmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə XİN-in rəsmi saytında məlumat dərc olunub.
Qeyd olunub ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq barədə qərar qəbul edib.
Məlumata görə, kadr dəyişiklikləri ölkənin baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.
Qeyd edək ki, Radoslav Sikorski 2023-cü ilin payızından Polşa XİN-ə rəhbərlik edir.