Qərb mediası Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin Somali və Keniyaya gizli səfər etdiyini açıqlayıb. Bildirilir ki, ABŞ kəşfiyyatı, eləcə də hərbi şirkətlər və qeyri-hökumət təşkilatları ilə birlikdə Afrika qitəsində gizli gedişlər edir.
Publika.az xəbər verir ki, bu yüksək səviyyəli səfərin bir tərəfdən Qırmızı dənizdə husilərlə yaşanan gərginlik, digər tərəfdən isə hər iki ölkədəki daxili qarışıqlıq səbəbindən həyata keçirildiyi bildirilir.
Mətbuat idda edir ki, ABŞ böyük məxfiliklə bütün qitədə təsirini artırır. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bernsin Somalidə hökumət əleyhinə olan və “Əl-Qaidə”nin Somali qolu kimi də tanınan "Əl-Şəbab"a qarşı əməliyyatların keçirilməsi üçün bəzi təkliflər də verib.
Əldə edilən məlumata görə, pərdəarxası müzakirələrdə ABŞ Federal Təhqiqat Bürosu - FTB tərəfindən Somalidə yaradılan çoxmillətli “Birgə Terror İşçi Qrupu”nun genişləndirilməsi də müzakirə olunub. Əməliyyat qrupu qitənin ən şərq hissəsində yerləşən və qlobal ticarət üçün mühüm mərkəzi marşrutlara, xüsusilə Qırmızı dənizə ev sahibliyi edən Afrika Buynuzu regionunda terrorizmlə mübarizədə ən effektiv beynəlxalq qüvvə hesab olunur.
Aysel Şahmar