İtaliyalı baş məşqçi Antoni Konte "Napoli"yə rəhbərlik etmək üçün maaş gözləntilərini azaltmağa hazırdır.
Publika.az xəbər verir ki, məşqçi Neapolitan klubunun prezidenti Aurelio De Laurentis ilə mütəmadi əlaqə saxlayır. Lurentis onu yüksək peşəkar məşqçi hesab edir.
Kontenin son iş yeri 2021-ci ildən 2023-cü ilə kimi çalışdırdığı "Tottenhem" olub.
Qeyd edək ki, komandaya hazırda Françesko Kalzona rəhbərlik edir. 37 turdan sonra "Napoli" A Seriyasının turnir cədvəlində 52 xalla 10-cu pillədə qərarlaşıb.
Heybət