29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Paris-2024-də görün hansı yeməklər veriləcək: Donuz əti, gül kələm...

01 may 2024 13:00
İDMAN
ads
Advertisement

Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakçılara çox çeşiddə yemək təklif olunacaq.

Publika.az xəbər verir ki, dördilliyin əsas yarışında idmançılara hər gün 40 əsas yemək (onların 1/3 hissəsi 100% bitki mənşəli) və 120 xüsusi yemək təklif olunacaq. Ümumilikdə yarış iştirakçılar 500 müxtəlif resepti sınaya biləcəklər. Bu barədə "Le Parisen" məlumat yayıb.

Nəşrin sözlərinə görə, iştirakçılar Olimpiya və Paralimpiya kəndlərinin ərazisindəki Sen-Saint-Denidə yerləşən planetin ən böyük restoranında qidalanacaqlar. İdmançılar iyulun 12-dən, açılış mərasiminə iki həftə qalmış obyekti ziyarət etməyə başlaya biləcəklər. Bina 3500 oturacaq üçün nəzərdə tutulub və gündə təxminən 15 min nəfərə xidmət göstərə biləcək. Müəssisə 24 saat açıq olacaq.

Oyunların iştirakçıları vegetarian burqinon və ya treska brendadını, reyhanlı qiymə donuz ətini, ədviyyatlı basmati düyü, gül kələm və zerdeçal ilə qızardılmış kartof, qızardılmış bibər, soğan, pomidor və çili bibəri, qızardılmış krevetin də dadına baxa biləcəklər..

Yemək otağının hər küncündə bişirilmiş məhsulları əlavələrlə birləşdirmək üçün 30-dan çox inqrediyentdən ibarət salat barı olacaq. Məkanda həmçinin gündəlik bufet, şorba, pendir və süd, ədviyyat piştaxtası, desert barı və meyvələr olacaq. Bundan əlavə, stenddə 7 çeşiddə çörək təqdim olunacaq.

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur