Almaniyanın “11FREUNDE” idman jurnalının Bundesliqanın yeni mövsümünün başlamasına həsr olunmuş üz qabığı sosial şəbəkələrdə getdikcə daha çox populyarlıq qazanır.
QÜTB.AZ xəbər verir ki, üz qabığı məşhur “Çənələr” film seriyasına istinad hazırlanıb. İstifadəçilər xüsusilə “Bavariya”nın loqosunun, komandası ilə ötən mövsümün qalibi olmuş “Bayer”in baş məşqçisi Xabi Alonsoya hücum etməyə çalışan köpəkbalığının çənəsinə bənzəyən stilizasiya ideyasını xüsusilə vurğulayırlar.
Xatırladaq ki, Almaniya Bundesliqasının yeni mövsümü avqustun 23-də Münhenqladbax “Borussiya”sı – “Bayer” matçı ilə başlayacaq. Oyun Münhenqladbaxdakı “Borussiya-Park” stadionunda baş tutacaq.