San-İsidro məhkəməsi əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə iclasını təxirə salıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Ehtiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən 8 tibb işçisinin məhkəməsi cümə axşamı təxirə salınıb. Qeyd olunur ki, şübhəlilərdən üçü məhkəmənin başlamasının təxirə salınmasını istəyib.
Qərarda deyilir ki, məhkəmə prosesi martın 11-də başlayacaq. Bu, proses zamanı ikinci təxirə salınmadır.
Qeyd edək ki, Maradona 2020-ci ilin noyabrın 25-də 60 yaşında vəfat edib.
Qutb