İyunun 25-də Münhendə küçələrində serbiyalı azarkeşlər ilə polis arasında toqquşma baş verib.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Bu, Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun Danimarka – Serbiya matçından (0:0) əvvəl baş verib. Polis 6 serb fanatı həbs edib.
Qeyd edək ki, Serbiya millisi 3 oyundan 2 xal toplayaraq C qrupunu sonuncu sırada bitirib və turnirlə vidalaşıb.