10.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Tramp bu NATO ölkəsinin bir hissəsinə göz dikdi: Gerbi təcili dəyişdirdilər

07 yan 2025 11:00
GÜNDƏM
ads
Advertisement

Danimarka monarxı Frederik X krallığın gerbinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edib. Buna səbəb Donald Trampın Qrenlandiyanı almağa hazır olması ilə bağlı bəyanatı olub.

QÜTB.AZ xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.

Dəyişikliklər Frederikin 2024-cü il yanvarın 14-də taxta çıxmasından dərhal sonra təyin edilmiş komitənin tövsiyəsi əsasında edilib.

500 il ərzində kral gerblərində 1397-1523-cü illərdə Danimarka tərəfindən idarə olunan Danimarka, Norveç və İsveç arasında Kalmar İttifaqının simvolu olan üç tac var idi. "Lakin gerbin yenilənmiş versiyasında taclar artıq aktual olmadığına görə çıxarılıb”, - deyə kral izah edib və müvafiq olaraq Qrenlandiya və Farer adalarını təmsil edən daha görkəmli ağ ayısı və qoçla əvəz edilib.

Bir il əvvəl taxtdan getdikdən sonra anası Kraliça II Marqretdən tacı miras alan Frederik X, beləliklə, ada muxtariyyətlərinin Danimarka Krallığına məxsus olduğunu vurğulayıb.

Qeyd olunur ki, bu, adanın xarici və təhlükəsizlik siyasətinə nəzarəti davam etdirən Qrenlandiyanın Kopenhagenlə münasibətlərində gərginliyin artdığı bir dövrdə edilib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiya və Panama kanalını almaqda ciddidir. Trampın Qrenlandiyanın Amerikaya birləşdirilməsi planının həyata keçirilməsi NATO üçün fəlakətli nəticələrə səbəb ola bilər. Qrenlandiyanın baş naziri Mute Egede müstəqillik ideyasını müdafiə edir və “müstəmləkə dövrünün buxovlarını” aradan qaldırmağa çağırır.

Akqabay

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
137 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur