Tailandda vəhşi təbiətin mühafizəsi mərkəzində könüllü kimi çalışan turist ayının hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, Tailandın Chiang Mai şəhərindəki vəhşi təbiəti mühafizə mərkəzində baş verən hadisədə könüllü olaraq çalışan turist meyvə verdiyi vəhşi ayının hücumuna məruz qalıb.
Ayı 32 yaşlı isveçli turist Stefan Klaudio Spekoqnanın sağ əlini dişlərinin arasına alıb. Hadisə şahidlərinin sözlərinə görə, qəfəsə meyvə qoymaq üçün qolunu dəmir barmaqlıqların arasından keçirən Spekoqyanın əlindən yapışan ayı onu dartmağa başlayıb. O, hücumdan xilas olmaq üçün qolunu bıçaqla kəsib.
Xəstəxanaya yerləşdirilən şəxsin həyatının təhlükədə olmadığı öyrənilib və hadisə ilə bağlı araşdırma başlayıb.
Aysel Şahmar