09.07.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Azərbaycanda tibbi xərclər rekord səviyyədə artıb - SƏBƏB

09 iyl 2025 11:00
İQTİSADİYYAT
ads
Advertisement

2025-ci ilin ilk 5 ayında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz artaraq 23 milyard 341 milyon manat olub. Bu məhz həmin məbləğdə mal və xidmətlərin istehlakçılara satılması anlamına gəlir. Pərakəndə ticarət dövriyyəsinin strukturunda diqqətı çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibb ləvazimatlarına çəkilən xərclərdir. Belə ki, bu xərclər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18.2 faiz artaraq 598 milyon manatdan çox olub.

Qutb.az-ın məlumatına görə, bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əczaçılıq məhsullarının alınmasına çəkilən xərclərdə artım həmin dövrdə pərakəndə ticarətin struktrunda rekord səviyyədə olub və bütün digər istiqamətləri üstələyib. Digər tərəfdən, həmin dövrdə yalnız bu istiqamət üzrə xərclərdə iki rəqəmli artım faizi qeydə alınıb. Bütün digər xərclər üzrə artım faizi bir rəqəmlidir.

Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır?

V.Bayramov deyib ki, əczaçılıq məhsulları üzrə xərclərin artması dərman pereparatlarının qiymətlərindəki dəyişikliklər və eləcə də tibbi xidmətlərə tələbin yüksəlməsi ilə bağlıdır.

“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tibbi xidmətlərin qiyməti həmin dövrdə 4.5 faiz yüksəlib. Tibbi təyinatlı malların qiymətində də artım qeydə alınıb. Bu isə o deməkdir ki, tələbin artması ilə yanaşı, tibbi xidmətlərdə qiymət artımları da davam edib.

Əczaçılıq məhsulları üzrə istehlak xərclərinin ailə büdcəsinə xüsusi təsirlərini nəzərə alsaq, bu istiqamətdə qiymət tarazlığının qorunması çox vacibdir. Doğrudur, dərman pereparatlarının qiymətləri tənzimlənir. Amma bununla yanaşı, istehlak xərclərinin də optimallaşdırılması önəmlidir. Digər tərəfdən, qiymət və xərc tarazlığı üçün yerli istehsalın genişləndirilməsi və idxalın minimumlaşdırılması da vacibdir”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur