“Neftçi” “Trabzonspor”un yarımmüdafiəçisi Murat Cem Akpınarla maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
25 yaşlı futbolçunun aşağı yaş qrupları üzrə Azərbaycan milli komandasında oynaması “ağ-qaralar”ın bu transferə ciddi yanaşmasına səbəb olub. Muratın Azərbaycan vətəndaşı olması onun yerli statusa sahib olması anlamına gəlir.
Bakı təmsilçisi ilə yanaşı “Antalyaspor”, “Sakaryaspor”, “Bandırmaspor” və “Kocaelispor” da yarımmüdafiəçini transfer etmək niyyətindədir.
Qeyd edək ki, futbolçu ötən mövsümü icarə əsasında “Sakaryaspor”da çıxış edib. O, 29 rəsmi oyunda 2 qol, 7 assistlə yadda qalıb. Murat Cem Akpınarın “Trabzonspor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
O, 2016-cı ildə U-17 və U-18 yığmalarımızın formasını geyinib.
Heybət