07.02.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Neftçi" "Araz-Naxçıvan"a uduzdu

26 yan 2025 19:00
İDMAN
ads

Futbol üzrə Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

QÜTB.AZ xəbər verir ki, ilk olaraq meydana “Araz-Naxçıvan” və “Neftçi” komandaları çıxıblar. "Liv Bona Dea Arena"dakı görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra meydan sahibləri 42 xalla 2-ci, Bakı klubu isə 18 xalla 7-ci pillədə qalıb.

Günün ikinci oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşma saat 18:30-da start götürəcək.

Hazırda "köhlən atlar" 50 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb, Tovuz klubu 32 xalla dördüncü sırada yer alıb.

Qeyd edək ki, XX turun açılış matçında “Zirə” səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib. Digər görüşlərdə isə "Səbail" doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib, "Sabah" - "Sumqayıt" qarşılaşmasında isə qolsuz heç-heçə qeydə alınıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
144 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur