29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Yapon zəlzələ mütəxəssisi xəbərdarlıq etdi: Baş verən yeraltı təkanlar...

13 iyn 2024 11:00
GÜNDƏM
ads
Advertisement

İnşaat mühəndisi, memar və zəlzələ mütəxəssisi Yoşinori Morivaki zəlzələ ilə bağlı diqqətçəkən xəbərdarlığı edib.

Publika.az xəbər verir ki, son günlər Türkiyənin müxtəlif bölgələrindən davamlı zəlzələ xəbərləri gəlir. Zəlzələlər Kahramanmaraş, Adıyaman, Malatya, Bingöl və Ankara kimi bölgələrdə baş verib.

"Türkiyədə zəlzələlər bir-birinin ardınca baş verməyə başlayıb. 33 ildir Türkiyədə yaşayıram, amma ilk dəfədir ki, zəlzələlərin bu qədər tez baş verdiyini görürəm”, - deyə Morivaki bildirib.

O qeyd edib ki, Türkiyə zəlzələ ilə yaşamağı öyrənməli, müvafiq tədbirlər görməlidir:

“Bələdiyyələr şəhər çevrilmələrini sürətləndirməlidir. Köhnə və zəlzələyə davamlı olmayan strukturların təcili yenilənməsi lazımdır. Deyə bilmərəm ki, son ard-arda baş verən yeraltı təkanlar böyük zəlzələnin xəbərçisidir, amma ardıcıl olaraq çox zəlzələ baş verir”.

Morivaki Şərqi Anadolu Fay xəttinə (tektonik plitələrin qırılma xətti) diqqət çəkib, Elazığ, Kahramanmaraş, Hatay və Adanaya işarə edib. O, Kipr üçün 7 bal gücündə zəlzələ xəbərdarlığını da edib.

Türk professor Naci Görür isə zəlzələ xəbərdarlığı ilə gündəmə gələn Yoşinoriyə reaksiya olaraq “Adam inşaatçıdır, tikintidən danışa bilər, amma zəlzələdən danışır” deyib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur