Bakının Qaradağ rayonunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, 194 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişinlər - 1993-cü il təvəllüdlü Abbasova Məlahət Əmir qızı və Abbaslı İsmayıl Badir oğlu xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
Milli.Az