Ağ Evin hazırkı rəhbəri Co Bayden seçki debatları zamanı rəqibi, keçmiş ABŞ prezidenti Donald Trampla “qətiyyətlə mübarizə aparmalıdır”.
Publika.az xəbər verir ki, bunu Demokratlar Partiyasından ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton “The New York Times” jurnalı üçün yazdığı məqalədə deyib .
“Mən həm Tramp, həm də Baydenlə mübahisə edən yeganə insanam. Mən o səhnəyə çıxmağın nə qədər çətin olduğunu və Trampın iştirak etdiyi məqama fokuslanmağın demək olar ki, mümkün olmadığını bilirəm”.
Klinton vurğulayıb ki, Bayden “sərt” mübarizə apararsa, Trampın “hiylələri uğursuz olacaq”.
Qeyd edək ki, iyunun 27-də demokrat Co Bayden və respublikaçı Donald Tramp bir saat yarımlıq debatda mövqelərini ifadə edəcəklər. ABŞ-da ilk dəfə olaraq ən yüksək vəzifə üçün debatlar yarım əsrdən sonra ilk dəfə tamaşaçısız keçiriləcək.
Cəmilə