05.04.25 | Bakı 11.03° C |
16:15:59
Lent :

Bakıda Argentina Film Festivalının açılışı oldu

24 okt 2024 23:00
GÜNDƏM
ads
Advertisement

Oktyabrın 24-də “Landmark” kino klubunda Argentina Film Festivalının açılış mərasimi olub.

QÜTB.AZ xəbər verir ki, tədbirdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi festival haqqında məlumat verib.

Səfir qeyd edib ki, bu festival Azərbaycan və Aregentina arasında mədəni körpü rolunu oynayır.

“Zəngin povesti və unikal perspektivi ilə Argentina kinosu şəxsiyyətimizə açılan pəncərəyə çevrilib. Bu, bizim tariximizi əks etdirir. Festival çərçivəsində göstərilən ekran əsərləri vasitəsilə tamaşaçılar cəmiyyətimizin apardığı mübarizə və uğurları bir daha dərindən araşdıracaqlar”,- deyə xanım diplomat əlavə edib.

Sonra Argentinalı rejissor Ariel Vinoqradın ekranlaşdırdığı “Əsrin oğurluğu” filmi nümayiş olunub.

2020-ci ilin istehsalı olan filmdə rolları aktyorlar Qilermo Fransella, Dyeqo Peretti, Luis Luk ifa ediblər.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur