Futbol üzrə Cənubi Koreya millisinin baş məşqçisi Paulu Bentu istefa verib.
Qutb.az məlumatına görə, 53 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Braziliyaya 1:4 hesabı ilə uduzduqları 1/8 final mərhələsinin oyunundan sonra bu addımı atıb.
Portuqaliyalı baş məşqçisi görüşdən sonra bunu oyunçulara və federasiyaya bildirdiyini söyləyib: "Qərar sentyabrda qəbul edilmişdi. Futbolçulara etdikləri üçün minnətdar olmalıyam. Onlar bütün güclərini verdilər və mən bu komandanın baş məşqçisi olduğum üçün qürur duydum".
Qeyd edək ki, Paulu Bentu 2018-ci ildən Cənubi Koreya komandasında işləyib.