10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Erməni nazir müavini içib dava saldı

06 okt 2025 21:00
DÜNYA
ads
Advertisement

Ermənistan mediası ölkənin Xarici İşlər Nazirliyində (XİN) növbəti qalmaqaldan yazıb.

Qutb.az-ın məlumatına görə, xarici işlər nazirinin müavini Vahan Kosta­n­yan spirtli içki qəbul etdikdən sonra ictimai yerdə dava salıb.

Hadisə oktyabrın 4-də İrəvanın mərkəzindəki barlardan birində baş verib. Jurnalistlərin yazdığına görə, Kosta­n­yan orada bir qadınla birlikdə olub və uzun müddət spirtli içki içib. Daha sonra cütlük küçəyə çıxaraq mübahisə etməyə başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, onlar bir-birini təhqir edib və fiziki təmasdan da çəkinməyiblər. Hadisə yerində çoxsaylı şahidlər olsa da, kimsə müdaxilə etməyib.

Ermənistan XİN hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Kosta­n­yan 2022-ci ildən nazir müavini vəzifəsində çalışır və diplomat karyerasına parlament aparatında başlayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur