Timati ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan repçi və iş adamı Timur Yunusov 8 Mart – Beynəlxalq Qadınlar Günündə model sevgilisi Valentina İvanovaya bahalı hədiyyə edib.
Publika.az xəbər verir ki, sənətçi Valentinaya lüks “Mercedes-Benz G-Class” markalı avtomobili bağışlayıb.
Timati “təvazökar” hədiyyəsinin ətrafına ağ qızılgül ləçəkləri səpərək sevgilisinin reaksiyasını kameraya çəkib və sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Həmin görüntüləri “Instagram” səhifəsinə yayımlayan Valentina “8 Mart üçün belə bir hədiyyəm olmayıb. Təşəkkür edirəm, sevgilim, məni yenidən kosmosa göndərdin”şərhini yazıb. Sözügedən dəbdəbəli nəqliyyat vasitəsinin qiyməti 30 milyon rubldur (təxminən 561 min manat).
Qeyd edək ki, keçən il 8 Mart şərəfinə Timati sevgilisi Valentina İvanovaya bir qucaq gözəl lalələr və “Hermes” brendindən çanta hədiyyə etmişdi.
(Bizim.Media)