Beynəlxalq Güləş Federasiyasının rəhbəri Nenad Laloviç qurumunun komandalar arasında transferləri məhdudlaşdıracağını bildirib.
QÜTB.AZ xəbər verir ki, o, bu sözləri deyib:
“Biz bununla bağlı daha ciddi hərəkət edəcəyik və keçidləri məhdudlaşdıracağıq. Bu məsələdə daha diqqətli olmaq istəyirik. Məsələn, idman vətəndaşlığını dəyişən ruslar yeni ölkələrində və bütövlükdə dünyada güləşin səviyyəsini xeyli yüksəltdilər. Amma vaxt yetişib ki, bu ölkələr özlərinə arxalansınlar və idmançılarını yetişdirsinlər, nəinki onları kənardan götürsünlər”
Qeyd edək ki, bir sıra Azərbaycan da daxil olmaqla bir sıra güləş üzrə milli komandalarda legionerlər çıxış edir. Onlar heç bir məhdudiyyət olmadan milliləşdirilib.