07.09.25 | Bakı 24.03° C |
10:06:25
Lent :

Şəmkirdə su borusunda qəza - GÖRÜNTÜLƏR

29 avq 2025 12:02
HADİSƏ
ads
Advertisement

Şəmkir rayonunda su anbarına gedən boru xəttində qəza baş verib.

Qutb.az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, boru Kür çayından Qaracəmilli kanalına su nəql edən xəttə aiddir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, boru kəmərində yaranan problem aradan qaldırılır.

Qeyd olunub ki, hadisə suyun təzyiqi səbəbindən baş verib.

"Sözügedən boru kəməri 1988-ci ildən istismar olunur. Suyun verilişi zamanı təzyiq nəticəsində qaynaq yerində qəza olub. İndi həmin hissə kəsilib, yenilənir. Hazırda ərazidə ciddi iş gedir.

Günün sonuna kimi işlər yekunlaşacaq və ərazidə suyun verilişi təmin ediləcək", - deyə məlumatda bildirilir.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
24.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur