Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunun qrup mərhələsinin 2-ci turunda Çili ilə oyunda (1:0) alınan sağ budun körpü əzələsinin zədələnməsi ilə bağlı tibbi müayinədən keçib.
Publika.az xəbər verir ki, futbolçunun ciddi xəsarət almadığı aşkarlanıb. Kontraktura ağrı refleksi və digər problemlərin minimuma endiyi müəyyən edilib.
Forvardın məqşlərə başlamasında problem yoxdur. Messinin Peru ilə iyunun 30-da keçiriləcək 3-cü tur matçında oynayacağı gözlənilir.