Almaniyanın Leypsiq şəhəri yaxınlığında sərnişin avtobusu aşıb. Qəza nəticəsində 5 nəfər ölüb.
Publika.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən İsveçrənin Sürix şəhərinə gedən sərnişin avtobusu Leypsiq şəhəri yaxınlığında A9 magistralında aşıb.
Hadisə yerinə polis, təcili yardım qrupları və helikopter göndərilib. Magistral yol hər iki istiqamətdə bağlanıb.
Polis sözçüsü Olaf Hoppe ən azı 5 nəfərin öldüyünü, çox sayda insanın yaralandığını, yaralıların helikopterlərlə xəstəxanaya aparıldığını bildirib.
“FlixBus” şirkətinə məxsus sərnişin avtobusunda 53 sərnişin və 2 sürücünün olduğu bildirilib. Qəzanın səbəbi hələlik məlum deyil.
Roza Şəfiyeva