Mingəçevir su anbarında meyiti tapılan şəxsin kimliyi məlum olub.
Qutb.az-ın əldə etdiyi məlumata görə, o, Mingəçevir şəhər sakini, 1955-ci il təvvəllüdlü Mustafayev Məmməd Mahmud oğludur.
Həmin şəxs Ruhi Əsəb Dispanserində qeydiyyatda olub.
İlkin məlumata görə, M.Mustafayev bir neçə gün əvvəl çimmək üçün su anbarına gedib və ürək tutması nəticəsində orada boğularaq ölüb. Daha sonra onun meyiti aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti orqanlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.