Avropa İttifaqı İrana qarşı sanksiyaları işə saldı
O, bir anda 10 nəfəri öldürüb, ittihamları etiraf edib.
ABŞ -ın Nyu-York ştatının Buffalo şəhərində supermarketə hücum edərək 10 nəfəri öldürən Payton Gendron məhkəmə qarşısına çıxıb.
Narıncı həbsxana paltarında və əlləri qandallı olaraq məhkəməyə gətirilən 19 yaşlı Gendron dövlətin ona qarşı irəli sürdüyü hücumla bağlı bütün qətl, nifrət cinayəti və nifrətə əsaslanan məişət terrorizmi ittihamlarını qəbul etdiyini bildirib.
Bildirilib ki, Gendronun ona qarşı irəli sürülən ittihamları qəbul etməsi şərti azadlığa buraxılmadan ömürlük həbs cəzasına zəmanət verir.
"Bu gün müvəkkilim, ömrünün qalan hissəsini şərti azadlığa buraxılma şansı olmadan həbsxanada keçirəcəyini bilə-bilə ittiham aktında hər bir cinayətdə günahını etiraf etdi. Baxmayaraq ki, ona qarşı federal iş hələ də davam edir, heç bir dövlət məhkəməsi olmayacaq və hökmdən şikayət verilməyəcək”, - Gendronun vəkili Brian Parker məhkəmədə bildirib.
Ədliyyə Nazirliyi tərəfindən Gendrona qarşı açılan 'federal nifrət cinayəti' iddiası da var və günahkar bilindiyi təqdirdə ölüm hökmü ilə nəticələnə bilər.
Qeyd edək ki, mayın 14-də Nyu-Yorkun Buffalo şəhərində əsasən qaradərililərin ziyarət etdiyi supermarketə silahlı hücum nəticəsində 10 qaradərili ölüb, 3 nəfər yaralanıb.
Daha sonra polisə təslim olan hücumçunun "Payton Gendron" adlı 18 yaşlı ağdərili kişi olduğu açıqlanıb.
Səlahiyyətlilər Gendronun sosial mediada canlı yayımladığı hücumda hədəf alınan 13 nəfərdən 11-nin qaradərili olduğunu bildirib.
Təcavüzkar tərəfindən yazıldığı güman edilən manifestdə "qara elitanın ağ əhalini azaltmaq üçün immiqrasiya və digər siyasətlərdən istifadə etdiyi" və təcavüzkarın "mümkün qədər çox qaradərili insanı öldürməyi planlaşdırdığı" iddiasına dair məlumatlar yer aldığı bildirilir. ".