Rusiyalı qarışıq döyüş ustası Aleksandr Yemelyanenko Səudiyyə Ərəbistanından olan şeyxlə söhbətində İslamı qəbul etməsi ilə bağlı şayiələrin ona gətirdiyi problemlərdən danışıb.
Publika.az xəbər verir ki, Aleksandr İslamı qəbul etmədiyini də bildirib.
“Bilirsiniz, Səudiyyə Ərəbistanında olarkən mən müqəddəs yerləri ziyarət etdim, onlara baxdım, hər şeyə baxdım, çoxlu yeni şeylər öyrəndim. İslam dini ilə maraqlanıram. Rusiyada pis dillər yazırdılar ki, mən İslamı qəbul etmişəm. Amma mən İslamı qəbul etməmişəm. İslamda hörmətli bir şəxs kimi sizdən bunun doğru olmadığını təsdiq etməyinizi xahiş edirəm. Sadəcə, buna görə böyük problemlər yaşamağa başladım”, – Yemelyanenko sosial şəbəkədəki səhifəsində yayımlanan videoda deyib.