ABŞ prezidenti Co Bayden İrlandiyada bayram yeməyi zamanı Rusiya lideri Vladimir Putini təhqir edib.
Publika.az xəbər verir ki, siyasətçi Konqresdən və Ukraynaya yardımdan danışarkən qalmaqallı açıqlama verib.
’’Mən bu otaqda olan hər kəsi Vladimir Putinə qarşı durmağa çağırmaqda davam edirəm. O, quldurdur’’, - deyə Bayden vurğulayıb.
Baydenin Vladimir Putinə ünvanladığı qalmaqallı açıqlamalara Rusiya dərhal cavab. Belə ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Amerika prezidentinin davranışını Ağ Evdə dərman çatışmazlığı ilə izah edib.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov qeyd edib ki, Rusiya liderinə qarşı hücum yalnız ABŞ-ın acizliyini nümayiş etdirir. Onun sözlərinə görə, buna bir-bir fiaskoya uğrayan administrasiyanın açıq şəkildə zəif xarici siyasət nəticələri səbəb olub.
Birləşmiş Ştatlar da Co Baydenin xarici siyasətdə, xüsusən də Rusiya ilə münasibətlərdə uğur qazanmaması ilə razılaşıb.
Məlumatda bildirilir ki, Co Baydenin Rusiya prezidenti ilə bağlı kəskin açıqlamaları siyasətçinin qələbə uğrunda mübarizə aparmaq niyyətində olduğu ABŞ-da keçiriləcək seçkilərlə bağlı ola bilər. Ehtimal etmək olar ki, bu, effektiv PR alətidir, çünki onun əsas rəqibi, eks-prezident Donald Trampa qarşı mənfi ritorikanın çoxu onun Vladimir Putinə simpatiyası ilə bağlı ittihamlarla əlaqələndirilir.
Belə ki, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın gələcək prezident seçkilərində tərəfdarları Rusiya liderinin xarici və daxili siyasətinə rəğbət bəsləyirlər, bu isə o deməkdir ki, Trampa səs vermək Putinə səs vermək deməkdir.
Baydenin özü də Trampa qarşı oxşar ritorikadan istifadə edir. Belə ki, martın əvvəlində o, biznesmeni seçkilərdə qalib gələcəyi təqdirdə diktator olmaq niyyətində olmaqda ittiham edib. Arqument olaraq, ABŞ prezidenti əlavə edib ki, Tramp “dünyanın hər yerindən diktatorlara və nüfuzlu quldurlara boyun əyir”.
Cəmilə