"Real"ın yeni futbolçusu Kilian Mbappe imza bonusu olaraq 150 milyon avro alacaq.
Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu məbləğ fransalı forvarda 5 il ərzində ödəniləcək. Mbappe eyni zamanda imic hüquqlarından faiz də alacaq.
Qeyd edək ki, "Real" ötən gün Mbappe ilə 5 illik müqavilə imzalandığını açıqlayb. 25 yaşlı futbolçu PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Madrid klubuna keçib.
Heybət