"Möhtəşəm zəfər oldu".
Publik.az.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin qapıçısı Mərt Günok Avropa çempionatının 1/8 final mərhələsində Avstriya seçməsinə 2:1 hesabı ilə qalib gələrək növbəti tura vəsiqə qazanmaları barədə danışarkən deyib.
Təcrübəli qolkiper onları dəstəkləyən azarkeşlərə təşəkkür edib: "Bizim üçün dua edən hər kəsə minnətdarıq. Turnirdəki yolumuz uzundur. Sonadək gedəcəyik. Avstriya üzərindəki qələbə komandaya böyük motivasiya oldu".
Qeyd edək ki, Türkiyə millisi 1/4 final mərhələsində Niderland yığması ilə qarşılaşacaq.