07.04.25 | Bakı 11.03° C |
05:17:48
Lent :

ABŞ və ərəb ölkələrinin Qəzza planı: Fələstin dövləti üçün vaxt qrafiki hazırlanır

15 fev 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Amerika mətbuatının yazdığına görə, ABŞ və bəzi ərəb ölkələri “Fələstin dövlət planı” üzərində işləyirlər.

Publika.az xəbər verir ki, “The Washington Post” qəzetinin ABŞ və ərəb rəsmilərinə əsaslanan xəbərində ABŞ və bəzi ərəb ölkələrinin İsrail ilə Fələstin arasında uzunmüddətli sülh üçün ətraflı və əhatəli planı tamamlamağa tələsdiyi bildirilib.

Xəbərdə həmçinin Fələstin dövlətinin qurulması üçün qəti bir zaman qrafiki üzərində iş aparıldığı və bunun yaxın bir neçə həftə ərzində açıqlana biləcəyi qeyd edilib.

Xəbərdə İsrail və HƏMAS arasında aparılan atəşkəs və əsir mübadiləsi danışıqlarının bu planlarla əlaqəli olduğu iddia edilib. Ən azı 6 həftə davam etməsi gözlənilən ilk atəşkəs müddətinin bu planların ictimaiyyətə açıqlanması, dəstək almaq və ilk addımları həyata keçirmək üçün vaxt təmin edəcəyi bildirilib.

Həmçinin bildirilib ki, ABŞ rəsmilərinin Fələstin dövlətini tanıması imkanlar arasındadır. ABŞ-ın Fələstin dövlətini tanıması, ərəb dünyasını budəfəki səylərin fərqli olacağına inandıra biləcəyi vurğulanıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur