Fransa millisinin hücumçusu Kilian Mbappe millidəki son oyunlarına görə sərt tənqidlərə məruz qalıb.
Publika.az xəbər verir ki, hətta bununla bağlı "RMC Sport"un jurnalisti Daniel Riolo yazı da qələmə alıb:
“Fransa millisində elə bir vəziyyət yoxdur ki, o, ardıcıl iki oyunda motivasiya olmasın. Fiziki cəhətdən meydandadır, amma xəyal kimi oynayır. Bu normal deyil, hətta ayıbdır. O, bunu edə bilməz. Kilian Fransa millisinə gəlirsə, oynamaq məcburiyyətindədir. Onun kabus olmağa haqqı yoxdur. Mbappe kapitandır, yaxşı çıxış etməlidir. Bu matçlarda o, pis çıxış etdi. Heç tərpənmədi. Onun mətbuat konfransları əla idi, lakin meydandakı çıxışları bərbad idi”.
Qeyd edək ki, yoldaşlıq görüşlərində fransızlar Almaniyaya uduzub (0:2), Çiliyə qalib gəlib (3:2), ulduz hücumçu cəmi bir məhsuldar ötürmə edib.
Heybət